Sərxoş model beşinci mərtəbədən yıxıldı — FOTOLAR

OXUNUB: 721 DÜNYA
Amerikadan İstanbula istirahətə gələn model Aleksandra Sabuncu sərxoş vəziyyətdə evin beşinci mərtəbəsindən yıxılıb.

Aleksandra türk əsilli Con Sabuncunun qızıdır. Aleksandra ABŞ-ın Florida ştatında yaşayır və tətil üçün dostları ilə İstanbulu seçib.

Dünən Taksim səmtində dostları ilə əylənən model iki dostu ilə Beşiktaş səmtindəki evə gedib. Evdə televizora baxan gənclər spirtli içki qəbul ediblər.

Sabuncu sərxoş vəziyyətdə 5-ci mərtəbənin pəncərəsindən yıxılıb. Dostları əvvəlcə bunu hiss etməyiblər sonra pəncərənin açıq olduğunu görüblər və aşağı baxanda şok keçiriblər. Dərhal təcili yardım çağırıblar.

Aleksandra hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Polis istintaqa başlayıb. İlkin versiya isə sərxoş vəziyyətdə tarazlığını saxlaya bilməyərək pəncərədən yıxılmasıdır./ölkə


Sərxoş model beşinci mərtəbədən yıxıldı — FOTOLAR
Sərxoş model beşinci mərtəbədən yıxıldı — FOTOLAR
 

İcmal.Az

RƏYLƏR