Sevda onu tənqid edənlərə əsəbiləşdi: "Sizə gülməli görünən görüntümdən utanmıram"

OXUNUB: 884 ŞOU-BİZNES

Xəbər veridiyimiz kimi, bu gün müğənni Sevda Yahyayevanın illər əvvəl çəkilən görüntüsü yayılıb.
Toylardan birində lentə alınan həmin görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər onun çox dəyişdiyini qeyd ediblər. 

İfaçı bununla bağlı İnstaqram hesabında paylaşım edib. Sevda onu tənqid edənlərə cavab verib:

"Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”./axşam

İcmal.Az

RƏYLƏR