Silahlı "narkobaron" Sabirabadda ələ keçdi

OXUNUB: 518 HADİSƏ

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-dən İcmal.Aza verilən məlumata görə, əməliyyat nəticəsində oradan 20 ədəd "Tramadol", 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. 

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR