Şimali Koreya ABŞ-a güzəştə gedə bilər - Departament müdiri danışdı

OXUNUB: 864 DÜNYA
ABŞ və Şimali Koreya üzrə Departament müdiri Çxve Son Xi Vaşinqtonla danışıqlara başlamağın mümkünlüyündən danışıb.

Xi amerikalı ekspertlə görüş keçirdiyini etiraf edib.

"Osloda ABŞ nümayəndə heyətinin üzvü Tomas Pikerinqlə görüşdüm. Görüşün detalları haqda tezliklə açıqlama verəcəm”.

Qeyd edək ki, son vaxtlar Şimali Koreyanın ardıcıl şəkildə nüvə sınaqları keçirməsi bölgədə vəziyyəti gərginləşdirib. Bu səbəbdən də Trampla Kim Çen Innın görüşünün baş tutacağına şübhələr çoxdur./metbuat.az
 
İcmal.Az

RƏYLƏR