Siyəzəndə iki yük avtomobili toqquşub: Ölən var

OXUNUB: 680 HADİSƏ

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də, Siyəzən rayonu ərazisində "Ford” və "MAN” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

İcmal.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. "

MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 03:30-da başa çatıb.

İcmal.Az

RƏYLƏR