SOCAR-ın dövlət büdcəsinə ödənişləri bəlli oldu

OXUNUB: 988 İQTİSADİYYAT

SOCAR tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115,724 mln. manat vəsait ödənilib. 

İcmal.Az SOCAR-a istinadən bildirir ki, bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16,764 mln. manat və ya 16,9% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 785,612 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 123,870 mln. manat və ya 18,7% çoxdur.

2017-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 11,832 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Fonda ödəniş 74,292 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 4,76 mln. manat və ya 6,8% çoxdur.

İcmal.Az

RƏYLƏR