SOCAR-ın dövlət büdcəsinə ödənişləri məlum oldu

OXUNUB: 897 İQTİSADİYYAT

Bu ilin aprel ayında Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə 133 mln. 659 min manat vəsait ödənilib.

SOCAR-dan verilən məlumata görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 mln. 814 min manat və ya 11,5% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 mln. 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 mln. 327 min manat və ya 19,2% çoxdur.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 13 mln. 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur.

Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən Fonda ödəniş 49 mln. 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 mln. 407 min manat və ya 9,8% çoxdur./apa

İcmal.Az

RƏYLƏR