Somalidə terror aktı qurbanlarının sayı 500 nəfəri ötdü

OXUNUB: 574 DÜNYA

Somalidə oktyabrın 14-də törədilən terror aktı nəticəsində ölən insanların sayı 512 nəfərə çatıb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə, bundan əvvəl oktyabrın 20-də ölənlərin sayının 358 nəfər olduğu təsdiqlənmişdi. Partlayış nəticəsində yaralananların sayının 316 nəfər olduğu bildirilir. 

Qeyd edək ki, oktyabrın 14-də Moqadişoda otellərdən birinin qarşısında minalanmış yük maşını partladılıb.

Terror aktını törətməkdə "Əl Qaidə” ilə əlaqəli "Əş Şəbab” terror qruplaşması şübhəli bilinir.  

İcmal.Az

RƏYLƏR