SON DƏQİQƏ: Bəhram Bağırzadə ilə bağlı yekun rəy - "AĞIRDIR"

OXUNUB: 1057 Səhiyyə
Gömrük Hospitalında ECMO cihazına qoşulan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı yenə də heç bir ciddi dəyişiklik baş verməyib.

Bu barədə "BakuPost"a Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.Həkimin sözlərinə görə, Əməkdar artistin səhhəti stabil ağır olaraq qalır.

Xatırladaq ki, B.Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulub.
 

Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.
 
 
7News.Az

RƏYLƏR