Son dəqiqə! Dəhşətli qəza: 2 sərnişinqatarı toqquşdu, 36 öldü, 120 ağır yaralandı - Video

OXUNUB: 634 DÜNYA

Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb.

 

Bu barədə "Sinhua” agentliyinin yaydığı xəbərdə deyilir.

 

*** 01.25

 

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

 

Hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

 

İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultanın sözlərinə görə, qəzaya maşinistin səhvi səbəb olub. "Maşinistlərdən biri yola növbəti qatar daxil olduqda semaforun qadağan siqnalını görməyib”, deyə M.Sultan bildirib.

 

Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. 

 

*** 20:11

 

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

 

Bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

 

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. /apa

 

 

 

İcmal.Az

RƏYLƏR