SON DƏQİQƏ: Lənkəranskini öldürən Rəşadı GÜLLƏLƏDİLƏR: Hazırda VƏZİYYƏTİ

OXUNUB: 1045 HADİSƏ
Ötən gün tanınmamış Abxaziya respublikasının Qudaute şəhərində kriminal mübahisə nəticəsində abxaz Nika Qaqrinski və azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov güllələnib.

Hadisə "Pıza" ləqəbli avtoritet Raul Barçboy başda olmaqla Qudauteli "qanuni oğru"larla mübahisə zamanı baş verib.

Nəşrin məlumatına görə, Kuşnerin Abxaziya ərazisinə girmək cəhdləri boşa çıxdıqdan sonra "Lotu Quli"-nin göstərişi ilə Nikenin köməyinə Türkiyədən Roma Stavropolskiy və "Rəşad Gəncinski" gəlib. Hər iki "qanuni oğru"nun Rövşən Lənkəranskinin qətlə yetirilməsində əlinin olduğu ehtimal edilir.

"Qanuni oğrular" arasında görüş əvvəlcədən planlaşdırılmayıb. Nikeyə onların yerini "Pıza"nın ətrafındakı şəxslərdən biri deyib. Qudauteli "qanuni oğru"lara qəflətən hücum edən Roma və Rəşad onları döyməyə başlayıb. Lakin "Pıza" özündə güc taparaq onlara hücum edən şəxsləri güllələyib.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlinin "Rəşad Gəncinski" tərəfindən şifariş edildiyi deyilir. Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyib. "Rəşad Gənsinski" bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

RƏYLƏR