SON DƏQİQƏ: «Optimal Electronics» şirkətinin rəhbəri həbs olundu

OXUNUB: 6270 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT

Hazırda paytaxt Bakının bir neçə yerində vətəndaşlara xidmət göstərən «Optimal Electronics» Mağazalar Şəbəkəsi fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini (MTN) sabiq şefi Eldar Mahmudovun zamanında toxunulmaz obyek sayılırdı. İCMAL.az xəbər verir ki, bu barədə nuh.az-a daxil olan bilgilərdə qeyd olunur ki, vətəndaşların adıçəkilən şəbəkədən şikayətlərinə baxmayaraq, heç bir qurum Eldar Mahmudovun və hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun qorxusundan «Optimal Electronics» şirkətinə yaxın dura bilmirdi.

Deyilənlərə görə, hətta sözügedən mağazalar şəbəkəsinin sahibinin Eldar Mahmudovla şərik işlədiyi barədə məlumat da var. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, adıçəkilən şəbəkənin fəaliyyətilə bağlı son günlər ciddi araşdırma aparılır. Deyilənlərə görə, artıq «Optimal Electronics» şirkətinin rəhbəri həbs olunub. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

İCMAL.az

RƏYLƏR