“Access Bank” vətəndaşları necə “oyun”a salır? - ŞOK MAXİNASİYA İFŞA OLUNUR

OXUNUB: 4337 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT

Müəllim Elşən Vəliyev: "Mən heç bir zaminlik müqaviləsi imzalamamışam, bank isə ödənilməyən 16 min manatı maaşımdan tutmaq istəyir”

Həsənov Hüseyn: ""Access Bank” ın işçisi Sərvan Əkbərov mənə verəcəyi kreditin 25 faizini əvvəlcədən "şapka” kimi götürəcəyini bildirdi”

Bu günlərdə saytımızda "Hakim bankın göstərişiylə hərəkət edir?” başlıqlı yazı dərc olunub.
Həmin yazıda Laçın rayonundan olan məcburi köçkün, hazırda Yasamal rayonundakı 286 saylı orta məktəbdə müəllim çalışan Elşən Vəliyevin şikayətindən söz açılırdı.
"2011-ci ildə mənim yaxın qohumum Fərzəliyev Turab Fərzalı oğlu mənimlə görüşərək dedi:” 13599003_1020537768012465_1330094816_nhttp://qafqaznews.az/wp-content/uploads/2016/08/13599003_1020537768012465_1330094816_n.jpg 389w" sizes="(max-width: 279px) 100vw, 279px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />Elşən müəllim, sən mənim qohumumsan,mənə yaxın olan "Access Bank” dan kredit götürmək istəyirəm,mənə köməklik etməyin lazımdır”. Fərzəliyev Turab yaxın qohumum olduğu üçün ona bir insan kimi inandım və zamin durmağa razılıq verdim. Mənimlə eyni vaxtda zamin kimi mənimlə çalışan Nazxanım Süleymanovanı, Turabın qardaşı İnşallah Fərzəliyevi və polis sistemində işləyən Telman Quliyev adlı şəxsi rəsmiləşdirdilər.
Turaba "Access Bank”dan kredit verilməsi barədə müqavilə 2011-ci il noyabrın 28-də bağlandı”, – deyə E.Vəliyev bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə ona "Access Bank” QSC-nin Ramil adlı əməkdaşı zəng edərək bildirdi ki, Turab Fərzəliyevə ikinci kredit xətti açılır: "Mənə dedi ki, "sizin banka gəlməyinizə ehtiyac yoxdur, telefonda razılığınızı bildirsəniz, biz ona 2-ci kredit xətti açarıq”. Mən ona qəti şəkildə etirazımı bildirdim, lakin sonradan öyrəndim ki, "Access Bank” əməkdaşları mənim razılığım olmadan adımı ikinci kredit müqaviləsinə zam13595848_1020539778012264_1976086558_n-1http://qafqaznews.az/wp-content/uploads/2016/08/13595848_1020539778012264_1976086558_n-1.jpg 312w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em;" />in kimi yazıblar. 16 iyun 2016-cı il tarixində isə Laçın rayon məhkəməsində prosesdə iştirak etməyim üçün mənə bildiriş məktubu gəldi.Qeyd olunan tarixdə Ağcəbədi rayonunda yerləşən Laçın rayon məkəməsinə getdim.Məhkəmə prossesi saat 12:00-a təyin olunmuşdu. Məkəmə prossesi məhkəmə zalında keçirilməli olduğu halda, hakim Cavad İbrahimov kobud qanun pozuntusuna yol verərək, məhkəmə prosesini inzibati iş otağında, həm də məhkəmə xalatında deyil, adi gündəlik geyimində aparmaq istədiyi üçün etiraz etdim .
C.İbrahimov etinasız bir şəkildə "Burada nə var ki,beş dəqiqəlik işdir,tələsirəm,”hə-yox "edək,məni uşaqlar gözləyirlər”.

Proses 12:47-də, C.İbrahimovun otağında başladı.Mən hakimə etiraz etdim və bildirdim ki, "300 km məsafəni beş dəqiqəlik iş üçün gəlməmişəm, xahiş edirəm işə ədalət prinsiplərinə uyğun baxın”. C.İbrahimov etirazıma baxmayaraq, ayaqüstə,harasa tələsirmiş kimi "onun təbirincə” desək,beş dəqiqəyə məhkəmə işini bankdan pul götürən Turab Fərzəliyevin iştirakı olmadan (əslində T.Fərzəliyevin özü olmasa da,nümayəndəsi iştirak etməli idi) bitirdi.
Əvvəlcə, məhkəmə nümayəndəliyi tərəfindən T.Fərzəliyevin şəxsi kapitalı yoxlanılmalı idi. Bir qohum kimi mən dəqiq bilirəm ki, özünün ferması və qəssabxanası olan bu şəxsin maddi kapitalı bank borcunu ödəyəcək qədər var. Hakim Cavad İbrahimov qərar çıxardı ki, 16 min 789 dollar İnşallah Fərzəliyevdən, məndən və Nazxanım Süleymanovadan tələb olunmalıdır. Lakin yalnız mən və Nazxanım Süleymanovanın daimi işi olduğuna görə, qərara görə, bu pul bizim13608273_1020541254678783_908383443_n-300x300http://qafqaznews.az/wp-content/uploads/2016/08/13608273_1020541254678783_908383443_n-300x300-150x150.jpg 150w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em;" /> ikimizin maaşından çıxılacaq”.

E.Vəliyevin fikrincə, C.İbrahimov bankın göstərişi ilə hərəkət edib."O, həmçinin, bir neçə ay öncə baş vermiş bir münaqişəyə görə, məndən qisas alıb”, – deyə E.Vəliyev əlavə edib. "Access Bank” Elşən Vəliyevi yeni kredit müqaviləsində zamin elan etmək hüququna malik idimi?
Bu suala cavab almaq üçün, hüquqşünas Erkin Qədirliyə müraciət etdik."Bank və borclu arasında müqaviləyə dəyişiklik zamanı zaminin imzası da tələb olunur”, – deyə E.Qədirli LEGİON.AZ-a bildirib. Biz "publika.az1392279533Erkin Qedirlihttp://qafqaznews.az/wp-content/uploads/2016/08/publika.az1392279533Erkin-Qedirli-150x150.jpg 150w, http://qafqaznews.az/wp-content/uploads/2016/08/publika.az1392279533Erkin-Qedirli.jpg 450w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />Access Bank» nümayəndəsi Ramilin də fikrini öyrənmək istədik. Ramil (soyadını bizə bildirmədi – red.) LEGİON.AZ-a dedi ki, Elşən Vəliyev bütün sənədlərə imza atıb (qeyd edək ki, Ramilin mobil nömrəsi ilə sosial şəbəkələrdə Nağıyev soyadlı profil tapdıq). "O zamin kimi öz imzasını dəyişilmiş müqavilədə qoymuşdumu?” – deyə jurnalistimiz soruşdu. "Mən sizə informasiya vermək hüququna malik deyiləm. Amma deyə bilərəm ki, Elşən Vəliyev zaminliklə bağlı sənədlərə imza atıb”, – deyə bank nümayəndəsi LEGİON.AZ-a bildirib.

"Kredit xətti haqda müqavilə var. Bu müqavilə müəyyən müddətə bağlanır”, – deyə "Access Bank”ın Ağcabədi filialının əməkdaşı Hacıağa İbrahimov bildirib. H.İbrahimov qeyd etdi ki, müqavilədə dəyişiklik olubsa, zamin imza qoymadan da zamin kimi qalmağa davam edir.O, etiraf etdi ki,Elşən Vəliyev həqiqətən də dəyişilən müqaviləyə imza qoymayıb (LEGİON.AZ)

Access_Bank_200709http://qafqaznews.az/wp-content/uploads/2016/08/Access_Bank_200709.jpg 410w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em;" />Qafqaznews.az xatırladır ki, 2014-cü il mayın 15-də Məhkəmə-Hüquq Şurasında keçirilən iclas zamanı o vaxt Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimi olan Cavad İbrahimovun korrupsiyaya şərait yaratması və yol verdiyi nöqsanlara görə vəzifədən azad olunması barədə qərarlar qəbul olunmuşdu. Lakin bundan sonra, C.İbrahimovun Laçın Rayon Məhkəməsindəki "sərgüzəşt”ləri sual doğurur.

Onu da xatırladaq ki, keçən il aprelində Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) Cəlilabad rayonu, Qarazəncir kənd sakini Bayramov Camalxan İsa oğlunun müraciəti daxil olmuşdu. Müraciətdə bildirilirdi ki: ""Access Bank” kredit təşkilatı yeznəm Əhmədov Fikrət Zahidxan oğluna 29 faizlə 7000 manat kredit vermişdir. Kreditin 5 ayını ödədikdən sonra yeznəm Fikrət qəflətən avtoqəzaya düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. İndi qızım 3 körpə uşaqla imkansız vəziyyətdədir. Hazırda bankın işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Mən özüm də 1-ci qrup əliləm, xəstəyəm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edir ki, evinizi satmalı da olsa, pulu verməlisiz. Hazırda 3 uşaq və qızım bir yerdə dövlətdən cəmi 150 manat "yetim pulu” alırlar, bank istəyir ki, həmin pulu ödənişə yönəltsin”.
Mərhum Fikrət Əhmədovun qaynı Şövqi Bayramov isə bizə bildirmişdi ki, onun bacısına öz rəhmətlik ərindən heç bir əmlak qalmayıb.
Məsələ ilə bağlı İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik: " Bank ancaq mərhum Fikrət Əhmədovun əmlakına varis olanlara qarşı iddia qaldıra bilər. Əgər mərhumdan öz ailəsinə heç bir əmlak qalmayıbsa, bankın onun arvadına qarşı iddiası əsassızdır”.

eyyub H.ANALIZ 47http://qafqaznews.az/wp-content/uploads/2016/08/eyyub-H.ANALIZ-47-768x576.jpg 768w, http://qafqaznews.az/wp-content/uploads/2016/08/eyyub-H.ANALIZ-47-1024x768.jpg 1024w, http://qafqaznews.az/wp-content/uploads/2016/08/eyyub-H.ANALIZ-47.jpg 1063w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em;" />Həmçinin, 2015-ci ilin yanvarında Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan sahibkar Həsənov Hüseyn Həsən oğlunun ölkə mətbuatına şikayəti də diqqəti çəkir. H.Həsənov "Access Bank”ın Ucar filialının kredit şöbəsinin müdiri Sərvan Əkbərova qarşı bir sıra ciddi ittihamlar irəli sürür. H.Həsənovun iddiasına görə, Sərvan Əkbərov ona verəcəyi kreditin 25 faizini əvvəlcədən "şapka” kimi götürəcəyini bildirib.
Məktubda bildirilir: "Mən rayonda mobil telefonların kredit satışı ilə məşğul olan sahibkaram. 8000 manat kredit götürmək üçün Access Banka müraciət etdim. Buna görə bankın kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənim aylıq gəlirimi araşdırdı, kredit telefon satışına dair müqavilələrimi yoxladı, satdığım kredit telefonların alıcılarına zəng edib doğruluğunu bütünlüklə öyrəndi. Rayonda olan kirayə verdiyim iki evimin kirayəçilərini ətraflı yoxladılar, yaşadığım evə və sahibkarlıqla məşğul olduğum mağazaya gedib baxış keçirdilər.

Bütün göstəricilərin kredit götürməyə tam cavab verdiyi müəyyən edildi. Ancaq məndən 8000 manat kreditə imza etdirib, 6000 manat pul verəcəyini bildirdikdə, buna etiraz etdim. Bunun üçün də mənə kredit verməkdən imtina etdi. Bəhanə kimi isə 2012-ci il tarixdə 8 gün kredit ödənişi gecikmənin olmasını göstərdilər. Bildirirəm ki, mən 9 ildir ki, müxtəlif banklardan dəfələrlə kreditlər götürmüşəm, vaxtlı- vaxtında ödəniş etmişəm (azpolitika.info).
Qafqaznews.az qeyd edir ki, bu il iyun ayında Yasamal Rayon Məhkəməsində "Mətbuat” firmasının təsisçisi Emin Axundovun "Access Bank QSC”-nə qarşı iddia ərizəsinə baxılması barədə məlumat yayılmışdı. Məhkəmə prosesi barədə məlumat ala bilməsək də, azxeber.com-a istinadla bəzi məlumatları oxuculara təqdim edirik: " İddiaçı Emin Axundov və onun nümayəndəsi Natiq Qocayev mövcud iddia ərizəsi ilə bağlı məhkəmə heyətinə ətraflı məlumat veriblər. Emin Axundov 2007-ci ildə "AccessBank QSC”-dən üç il müddətinə 60000 ABŞ dolları məbləğində kredit götürüb və krediti vaxtlı vaxtında ödəyərək bağlayıb. Sonradan məlum olub ki, "Access Bank QSC” Kredit Planına əsasən ondan artıq pul alıb. Aldadıldığını iddia edən Emin Axundov bankdan 715854.70 ABŞ dolları təzminat istəyir”.
Digər bir şikayətçi Ucar rayon sakini, M.F.Axundov küçəsi ev 14 də yaşayan Babayev Elçin Dadaş oğlu ötən il mətbuata şikayətində "Access Bank”ın Ucar filialının rəhbərliyinin onu aldatmaq istədiyini bildirmişdi.

"Mən bu bankdan 09.04.2014-cü il tarixdə 10.000 manat götürdüyüm krediti həmin müqavilə bağladığım tarixə olan dollar kursu ilə ödəməyimi rəhbərliyin nəzərinə çatdırdıqda məni hədələdilər. Mən Ali Məhkəmənin hakimi cənab Əsəd Mirzəliyevin 03.03.2015-ci il tarixdə mətbuatda etdiyi açıqlamasından çıxarışın surətini ərizəmə əlavə edərək "Access Bank”ın Ucar filialına göndərib, kredit müqaviləsinin bağlanıldığı tarixə olan dolların kursu ilə kredit borcumu ödəməyimə razı olmalarını onlardan xahiş etdim. Müraciətimə rəsmi cavab verməyən bank rəhbərliyi mənə şifahi xəbərdarlıq etdilər ki, buna görə sənə cərimələr tətbiq ediləcək və girov qoyulmuş əmlakını müsadirə etdirəcəyik”.

Elçin Babayevin sözlərinə görə, "Access Accessbank-300616http://qafqaznews.az/wp-content/uploads/2016/08/Accessbank-300616.jpg 400w" sizes="(max-width: 300px) 100vw, 300px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />Bank”ın Ucar filialına etdiyi 2 yazılı müraciətinə indiyə qədər rəsmi cavab verilməyib: "Bu qanunsuzluq faktıdır. Bank rəhbərliyi mənə həttda şifahi onu da bildirdi ki, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevi bu yalan çıxışına görə hakimlikdən uzaqlaşdırıblar, hətta hakim Əsəd Mirzəliyev bu barədə təkzib də verib. Mən isə dedim ki, həmin təkzib varsa, göstərin. Ancaq bunu göstərə bilmədilər” (muxalifet.az).
Saytımız Ali Məhkəmənin rəsmi saytına istinadən bildirir ki, Əsəd Abdulla oğlu Mirzəliyev 2000-ci ildən indiyə kimi, hələ də Ali Məhkəmənin üzvüdür. Ümid edirik ki, "Access Bank” rəhbərliyi müəllimləri məhkəmələrdə "məğlub etməyi” ilə yox, insanlara sözün əsl mənasında keyfiyyətli xidməti ilə öyünməyə üstünlük verəcək./qafqaznews.az 

7NEWS.az


RƏYLƏR