"Nakhchivani Residence" pik saatda hərəkətli yolu tamamilə bağladı – ŞOK VİDEO

OXUNUB: 5087 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT

Son illər paytaxt Bakıda tikilən yaşayış binaları heç bir standartı gözləmədən reallaşmaqdadır. Bayılda baş verən texnogen proseslər, şəhərin ümumi baş planını pozan tikinti layihələri ilbəil çoxalmaqdadır. Artıq bu proseslərlə bağlı ölkə başçısı aidiyyatı qurumlara ciddi irad bildirmiş, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını vermişdir.

Bir çox hallarda isə tikinti şirkətləri sadəcə onların qarşısına qoyulan şərtləri kobud şəkildə pozaraq paytaxtı toz-dumana bürüməkdə, sakinlərin rahat yaşayış tərzini pozmaqda davam edirlər.

Binəqədi rayonu, Ə.Naxçıvani və A.Gəraybəyli küçələrinin kəsişməsində inşa edilən "Nakhchivani Residence" layihəsi bu mənada biraz da irəli gedərək unikal addıma imza atıb.

7NEWS.az saytının redaksiyasına daxil olan videomüraciətdə deyilir ki, "Nakhchivani Residence" layihəsini icra edən şəxslər şəhəri çirkləndirməklə yanaşı, günün ən pik saatlarında avtomobil yolunu başdan-başa, tamamilə kəsərək ümumi hərəkəti iflic vəziyyətinə salmaqdadır. Videodan da aydın görünür ki, tikinti işlərini aparan şirkət 4-5 avtomobillik yolu tamamilə kəsərək öz mənafeləri naminə minlərlə insanın hüquqlarını pozmaqda davam edirlər.

Məsələ ilə bağlı redaksiyamız aidiyyatı qurumlara sorğu göndərəcəkdir. Redaksiyamız günün ən pik saatlarında yük, o cümlədən, ağır tonnajlı avtomobillərin paytaxta girişi, eyni zamanda, hərəkətli, enli bir yolun tamamilə bağlanma məsələsinə rəsmi aydınlıq gətirəcəkdir.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az


RƏYLƏR