İCMAL.AZ xəbər verir ki, yenicag.az-a Fəttah Nuriyevlə bağlı məlumatlar daxil olub. Əldə edilən bilgiyə görə, adıçəkilən şəxs hadisəyə qədər Sumqayıtda fəaliyyət göstərən "Qayalı” marketdə fəhlə kimi çalışırmış. Maraqlıdır ki, qadını zorlayaraq öldürən şəxsin özü evli imiş. O, ötən il ailə həyatı qurub. Fəttahın 9 aylıq uşağı da var.
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.