Hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib.
37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib.
Uşağını təhlükəyə atdığına görə Uesli Metyuz saxlanılıb. Qızın cəsədi 3 həftə sonra tapılıb. Onun ölüm səbəbi hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır./ milli
İcmal.Az