Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb - YENİLƏNİB

OXUNUB: 867 HADİSƏ

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

 

 Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da

 

qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

 

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.   

 

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

 

Onlardan ikisinin vəziyyəti ağırdır.

 

 

***

 

saat 14.31

 

Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb.

 

APA-nın xəbərinə görə, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

 

Onun xilas edilməsi üçün tədbirlər görülür. 

 

 

İcmal.Az

RƏYLƏR