Sumqayıtda yanğın, ata və qızı xəsarət alıb

OXUNUB: 605 HADİSƏ

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

FHN-dən İcmal.Az-a daxil olan məlumata görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb. 

Onlar xəstəxanaya yerləşdirilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İcmal.Az

RƏYLƏR