Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in "Amaq” "xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib.
Zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.
Məlumata görə, R.Meşaal ilə yanaşı onun qızı da ölüb. Qeyd edək ki, "Amaq” xəbər agentliyi İŞİD terror qruplaşmasının media qurumu kimi tanınır./apa
İcmal.Az