Suriyanın ən böyük neft yatağı PKK-nın əlinə keçdi

OXUNUB: 636 DÜNYA

Terror təşkilatı PKK-nın Suriya qolu YPG 9 sentyabrda ABŞ-ın dəstəyilə başladığı Deyr Əz Zor əməliyyatı çərçivəsində ölkənin ən böyük neft yatağını İŞİD-dən alaraq ələ keçirib.

 Suriya mətbuatı Əl-Ömər neft yatağının ələ keçirilməsi barədə məlumat yayıb. YPG 23 sentyabrda ölkənin ən böyük qaz müəssisəsi "Konoko"nu, bu ayında əvvəli isə "Cafra" neft yatağını ələ keçirmişdi.

Son məlumatlara əsasən, Suriya ərazisinin 1/4 hissəsi YPG-nin əlindədir. 

İŞİD terror təşkilatı adı çəkilən neft yataqlarından son 3 ildə milyonlarla dollar gəlir əldə edib./qaynarinfo

 

İcmal.Az

RƏYLƏR