Şirvan şəhərində təqaüdçüləri aldadan şəxs saxlanılıb.
İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, vətəndaşların polis şöbəsinə müraciəti əsasında əməliyyat - istintaq tədbirləri həyata keçirilib və şəhər sakini, 27 yaşlı Füzuli Nəcəfov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs bankomatlardan pul çəkən təqaüdçülərin etibarından sui-istifadə edərək onları aldadıb.
Füzuli Nəcəfov təqaüdçülərin plastik kartından ümumilikdə 342 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İcmal.Az