Təranə Səmədova QIZINDAN DANIŞDI: “İstəmirəm rəqqasə olsun”

OXUNUB: 990 ŞOU-BİZNES

Tanınmış prodüser Təranə Səmədova övladı barədə danışıb.

"Show time” verilişinə qonaq olan prodüser bildirib ki, gələcəkdə qızı Sueli rəqqasə kimi görmək istəmir:

"Ana olandan sonra evimə dostlarımın axınının üstündən xətt çəkdim. Məsələn, ana olmayana qədər 24 saat bütün dostlarıma qapım açıq ola bilərdi. Övladım hələ ki, uşaqdır, deyir ki, vizajist olacam. Amma riyaziyyatı yaxşı bilir, savadlıdır. Bu da gendən gəlir. Lakin gələcəkdə baxacam ki, hansı profildə daha da uğurludur, o yönə də istiqamətləndirəcəm. Çox istərdim ki, ciddi bir sənətin sahibi olsun. Şou-biznesdə olmasını heç istəməzdim. Hətta, rəqsə getmək istəyir, deyirəm ki, "mama qurban”, bədənivin elastikliyi üçün mən səni rəqsə qoyacam, amma sabah mənə demə ki, rəqqasə olmaq istəyirəm. Rəqqasələrə hörmətim böyükdür, lakin öz övladımı rəqqasə kimi görmək istəmərəm. Bu sənətin hər tərəfini bilirəm deyə razı deyiləm. Hətta, kütlənin də o insanlara qarşı münasibətini bilirəm deyə, qızımın rəqqasə olmasını istəməzdim”.

T.Səmədova onu da əlavə edib ki, qızının prodüser də olmasını istəmir: "Mənə elə gəlir ki, Azərbaycanda prodüser bazarı artıq tükənib. Yəni, 5-6 prodüser var. Bizdən sonra kim gəldi ki? Bizdən sonra bu sahə də tükənəcək. Ona görə də, qızımı bu sahədə görmək istəmirəm”./publika

İcmal.Az

RƏYLƏR