Tillerson: Türkiyə ilə birgə addımlar atacağıq

OXUNUB: 737 DÜNYA

"Bu mərhələdən sonra Türkiyə ilə birgə addımlar atacağıq.

Bu bəyanatı Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

R.Tillerson bildirib ki, bu iki müttəfiq artıq bir-birindən ayrı addımlar atmayacaq.

"Biz bərabər şəkildə Suriyadakı bütün problemləri qiymətləndirəcəyik. Birgə addımlar atacaq, İŞİD-ə qarşı mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik.

Bizi qarşıda böyük işlər gözləyir. Vaxt itirmək olmaz. Bu istiqamətdə çalışacaq ilk qrup martın ortalarında bir araya gələcək. Ancaq zərurət yaranarsa, biz gözləməyəcəyik”.

İcmal.Az

RƏYLƏR