Tovuzda avtomobil motosikletlə toqquşdu - Ölən var

OXUNUB: 33 AZƏRBAYCAN HADİSƏ
Tovuz şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 13-də saat 22 radələrində Tovuz şəhərinin Heydər Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi "Muravey” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Əliyev oktyabrın 14-də orada ölüb. Tovuz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

RƏYLƏR