Tramp qərar verdi: "Pentaqon Əfqanıstandakı hərbi kontingentini artıra bilər"

OXUNUB: 663 DÜNYA
ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstandakı hərbi kontingenti artırmağa icazə verib.

Birləşmiş Ştatların lideri ölkənin müdafiə naziri Ceyms Mettisə ABŞ silahlı qüvvələrinin Əfqanıstandakı sayını dəyişmək üçün səlahiyyət verib. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat yayıb.
 
Bildirilir ki, hərbi kontingentin artırılması qısa müddətə baş tutmayacaq. Hazırda ABŞ-ın 8.4 min hərbçisi Əfqanıstandadır.
 
May ayının əvvəlində ABŞ mətbuatı Birləşmiş Ştatların Əfqanıstandakı rolunu gücləndirə biləcəyini yazmışdı. Sonradan ABŞ silahlı qüvvələrinin nümayəndəsi Cozef Danford bəyan etdi ki, ölkə hakimiyyəti Əfqanıstanda hərbi kontingenti artırmaq barədə qərarı hələ qəbul etməyiblər. Bununla yanaşı Avstraliyanın baş naziri Malkolm Ternbull bildirdi ki, ABŞ hökuməti Avstraliyadan Əfqanıstandakı hərbi kontingenti artırmağı xahiş edib./olke.az
 

İcmal.Az

RƏYLƏR