TRT-nin rəhbəri istefa verib

OXUNUB: 1073 DÜNYA

Türkiyənin Dövlət Radio Televiziya Qurumu - TRT-nin baş direktoru Şenol Göka vəzifəsindən istefa verib.

İcmal.Az xəbər verir ki, bu barədə APA "Hürriyet”ə istinadən məlumat verir. 

Ş.Göka istefasının səbəblərini açıqlamayıb. Onun istefası qəbul edilib.  

Baş direktor səlahiyyətlərinin icrası qanunauyğun olaraq hazırkı baş direktor müavini Erkan Durduya həvalə edilib. E.Durdu quruma yeni rəhbər təyin olunana qədər bu vəzifəni icra edəcək.

İcmal.Az

RƏYLƏR