Türkiyə Suriya ilə sərhəddə 700 kilometrlik divarın tikintisini yekunlaşdırıb.
Bu barədə cümə axşamı, iyunun 15-də, Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.
Divar Türkiyə ərazisinə İŞİD və PKK terror təşkilatlarının yaraqlılarının keçidinin qarşısını almaq üçün ucaldılıb.
Nazirin sözlərinə görə, Türkiyə-Suriya sərhədində işıqlandırma sistemi, müşahidə kameraları və sensorlar quraşdırılacaq.
Bundan əlavə, təhlükəsizliyi təmin etmək üçün dronlardan istifadə olunacaq.
Fikri İşıq əlavə edib ki, oxşar divarın tikintisinə İranla sərhəddə də başlanılıb./oxu
İcmal.Az