Türkiyə və Almaniya arasında yeni diplomatik qalmaqal

OXUNUB: 904 DÜNYA

Türkiyə 2016-cı ilin iyul ayının 15-də dövlət çevrilişinə aidiyyəti olmaqda ittiham etdiyi bir sıra türk hərbçilərinə Almaniya hakimiyyətinin siyasi sığınacaq verməyə dair qərarını ikitərəfli münasibətlərə zərbə hesab edir.   

İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı məlumatda deyilir. 

"Biz Almaniyanın FETÖ (Fətullah Gülənin tərəfdarları) təşkilatı ilə əlaqədar olan sabiq hərbçilərin sığınacağa dair xahişini qəbul etməsinə məyus oluruq. Onların FETÖ ilə əlaqəsini təsdiq edən dəlillər var, bu addım ölkələrimiz arasında çoxplanlı münasibətlərə xələl gətirir və müttəfiq ruhuna müvafiq deyil”, - bəyanatda deyilir. 

XİN, həmçinin Almaniyanın "demokratik dəyərləri tapdalayaraq qiyam əhvalı nümayiş etdirib və qiyamçılara qucaq açdığını” bildirib. 

"Biz Almaniyanın öz qərarına yenidən baxacağına və FETÖ də daxil olmaqla terror təşkilatlarla aparılan mübarizəyə hərtərəfli dəstək olacağını gözləyirik”, - nazirliyin bəyanatında deyilir. 

İcmal.Az

RƏYLƏR