Türkiyədə kişilərə – QƏRİBƏ QADAĞALAR

OXUNUB: 564 DÜNYA

Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

Müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib.

"Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, - fətvada bildirilir.

Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.

Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub./oxu

İcmal.Az

RƏYLƏR