Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi - RƏSMİ

OXUNUB: 1883 Səhiyyə
"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub".

Bunu "İcmal.az-"ın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir".

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.

RƏYLƏR