Türkiyənin baş naziri açıqladı — "ABŞ-a müharibə elan edə bilmərik"

OXUNUB: 887 DÜNYA
Türkiyənin baş naziri Binəli Yıldırım İngiltərədə "BBC" kanalına müsahibə verib.


İcmal.Az xəbər verir ki, YPG-nin ABŞ tərəfindən silahlandırılması barədə sualı cavablandıran baş nazir "ABŞ-a müharibə elan edə bilmərik"-deyə cavablandırıb.

İngiltərədə Somali konfransında iştirak edən Binəli Yıldırım jurnalistin "YPG-ni silahlandırma qərarı verən ABŞ-a qarşı hansısa bir addım atılacaqmı?"-sualına "ABŞ-a müharibə elan edə bilmərik. Vəziyyət bu deyil. Adı istər PKK, istər PYD istər YPG olsun, biz terror qruplaşmasına qarşı mübarizəyə davam edəcəyik"-cavabını verib.

"ABŞ YPG-ni silahlandırsa da, qruplaşmanı Suriyada bombalamağa davam edəcəksinizmi?"-sualına baş nazirin cavabı belə olub: "Təbii ki. Əgər bir təhlükə varsa, təbii ki belə də edəcəyik".
 
İcmal.Az

RƏYLƏR