Ukraynada prezident seçkilərinin rəsmi nəticələri açıqlandı

OXUNUB: 1125 DÜNYA
Ukraynada 31 martda keçirilən prezident seçkilərinin rəsmi nəticəsi açıqlanıb.

7NEWS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib. Səsvermədə seçki hüququna sahib 30 milyon 470 min 302 nəfərdən 18 milyon 893 min 864 nəfər iştirak edib. 39 namizədin mübarizə apardığı seçkidə 5 milyon 714 min 34 (30,24%) səs toplayan Vladimir Zelenski 1-ci yerdə qərarlaşıb. 2-ci yeri hazırkı prezident Petro Poroşenko (3 milyon 14 min 609 (15,95%) səs), 3-cü yeri isə Yuliya Timoşenko (2 milyon 532 min 452 (13,40%) səs) tutub.

Qeyd edək ki, namizədlərdən heç biri 50% səs qazana bilmədiyi üçün 21 apreldə seçkilərin 2-ci turu keçiriləcək. 

RƏYLƏR