Universitet müəllimi 27.000 manatı 17-ci "zon"a necə keçirib? - TELEFON DANIŞIĞI

OXUNUB: 24 GÜNDƏM HADİSƏ
Məhkumun həyat yoldaşı Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə müəmmalı şəkildə külli miqdarda pul keçirilməsi ilə bağlı ciddi ittiham irəli sürüb. 
Ümumilikdə 27.000 manat pulu özünü Azərbaycan İqtisad Universitetinin əməkdaşı kimi təqdim edən Dilarə Əbdüləziz həbsxana əməkdaşının vasitəsi ilə həmin müəssisədə cəza çəkən məhkum Rauf Sultanova ötürdüyünü iddia edir. 
Criminal.az saytına zəng edən D.Əbdüləziz bildirirb ki, həmin pullarını hazırda həbsdə olan, 7 il azadlıqdan məhrum edilmiş həyat yoldaşı Əziz Əbdüləzizn azadlığa buraxılması üçün verib.
Onun sözlərinə görə, Rauf Sultanov onu ərinin azadlığa buraxdıracağına inandırıb və deyib ki, AŞPA-da işləyən Anar Məmmədov bu işi həll edəcək:
 
Dilarə Əbdüləziz
"Yoldaşımla Kürdəxanıda tanış olmuşdular. Sonra mənə zəng etdi ki, kömək edə bilər, yaxşı tanışları var. Rauf dedi ki, onun yaxşı adamı var, AŞPA-da işləyir. Prokurorluqla yaxşı əlaqələri var. Deyirdi ki, bacım Çikaqo şəhərində qərb zonası üzrə diaspor sədridir. Elə oldu ki, həmin məqamda Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşımın işinə baxan hakim Faiq Qasımovu dəyişdirlər. Onun haqda da bizə yaxşı sözlər demirdilər. O, işi istintaq edilmədən aparılması barədə qərar vermişdi. Elə oldu ki, hakimi dəyişdirdilər və yeni hakim Namiq Məmmədov oldu. Daha sonra prokuroru dəyişdilər. Hakim və prokurorun dəyişməyi məndə arxayınlıq yaratdı ki, yəqin işi həll edirlər. Məndən pul istədilər ki, vermək lazımdır. Mən də aparıb pulları verdim. Getdim həbsxanaya, ordan adam çıxdı, həbsxana vasitəsilə pulları verdim. 15000 manat bir verdim, daha sonra 5000 manat, sonra 2200 verdim, qalanı da bazarlıq etmişəm. Rauf dedi ki, bu pulu Anar Məmmədova verəcəm. Deyirdi ki, sən Anarın gücünü bilmirsən, o ildə doqquz dəfə prezidentin kabinetinə girib hesabat verir. Bilmirəm bu Anar Məmmədov kimdir? Raufun mobil telefonu məndə idi. Çünki məndən xahiş etmişdi ki, gəlib onun telefonunu götürüm. Həbsxanada ərizə yazıb mobil telefonunu götürdüm. Sonra məndə şübhələr yarandı, Ali Məhkəmənin qərarlarına baxdım, gördüm ki, Raufu 2011-ci ildə neçə dəfə tutublar. Oxudum ki, hər yerdə kimisə aldadıb ki, guya əlillik düzəldəcək. Bundan sonra özümdən çıxdım və başladım pullarımı istəməyə. Mənə təzyiq etdi ki, baxarsan, kişi qalacaq içəridə, üstünə bir az da yük qoyacaqlar. Oğlum da dedi ki, pulu qaytar, cavab verdi ki, qaytaracam, amma kənardan baxacam sizin başınıza necə oyun açılmağına..."
 
Rauf Sultanov 
D.Əbdüləziz daha sonra etiraf etdi ki, həbsdə olan Rauf SUltanovun onda olan telefonunu vasitəsilə konfrans danışıqlar təşkil edirmiş. Həmin danışıqlardan biri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla olub. 
"Evdən Raufun mobil telefonu ilə Eldar Sultanova zəng etdim. Rauf Eldar Sultanova dedi ki, danışan jurnalist Anar Mıəmmədovdur. İndi isə Raufa deyirəm ki, öz qulağımla eşitdim ki, sən özünü Eldar Sultanova jurnalist Anar Məmmədov kimi təqdim etdin. Raufa deyirəm ki, AŞPA-da Anar Məmmədov deyilən şəxs yoxdur. Deyirəm ki, axı sən Anar Məmmədovun adı ilə jurnalist kimi Eldar Sultanovla danışırdın. Deyir Eldar Sultanov mənim qohumumdur. Artıq mənə neçə dəfə zəng edib ki son sözün nədir, cavab verdim ki, pullarımı qaytar. Mənə deyir ki, sən bilirsən o pulu prokurorluqdan götürsək nəni nə edərlər? Onun çox danışıqlarını yazmışam. Ona deyirəm ki, sən adından istifadə etdiyin şəxs jurnalist Anar Məmmədovdur. Deyir ki, Anar dövlət əleyhinə çağırışda ittiham olunub və 5 il şərti cəza alıb, bir sözlə arxanızca danışdı..."-deyə D.Əbdüləziz bildirdi. 
Başına gələnləri Criminal.az-a danışandan sonra D.Əbdüləziz öz ''facebook'' profilində dediklərini təkzib edib və bildirib ki, R.Sultanova pul verməyib və heç bir həbsxana işçisi ilə görüşməyib.
 
 
D.Əbdüləzizin başına gətirilənlə bağlı Criminal.az əməkdaşına dediklərini təkzib edib saytın rəhbərinə qarşı ittihamlar yazdığına görə məcbur qalıb onun səs yazısını təqdim edirik:
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin xanım rəsmi müraciət etməlidir. Müraciətində göstərməlidir ki, pulu nə vaxt kimə və hansı miqdarda verib. Bu ciddi ittihamdır. Rəsmi müraciət edəndən sonra araşdırma aparıla bilər. Qadının o qədər məbləği kiməsə verməsi ağlabatan deyil. 

Criminal.az xatırladır ki, D.Əbdüləziz Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformasiya iqtisadiyyatı və informasiya texnologiyaları” kafedrasının müəllimidir.
 

RƏYLƏR