Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Şəmkir rayon Gənclər və İdman İdarəsinin , "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçən "Uğura aparan yol” layihəsi çərçivəsində sonuncu təlim həyata keçdi.
Sonuncu təlim 3 fevral 2018-ci il tarixində "İctimaiyyətlə əlaqələrin düzgün qurulması” mövzusunda baş tutdu.
Təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas prinsipləri ilə tanış etməkdir.