Venesuelada prezident tərəfdarları parlamentə hücum etdilər

OXUNUB: 708 DÜNYA
Venesuelada prezident Maduronun tərəfdarları milli məclisə soxulmağa cəhd ediblər.


Müxalifətin nəzarətində olan Milli Assambleyanın 4 əməkdaşı xəsarət alıb.

Hadisə paytaxt Karakasda baş verib. Naməlum qrup Venesuela parlamentinin binasına soxulmağa cəhd edib. Ehtimal edilir ki, hücumda iştirak edən qrup prezident Nikolas Maduronun tərəfdarlarıdır. Onların hücumu nəticəsində 4 nəfər xəsarət alıb. Bu barədə parlamentin rəsmi Tvitter səhifəsində məlumat paylaşılıb. Məlumatda deyilir: "Paxaritos rayonunda parlamentə hücum təşkil edilib. Hücum nəticəsində Milli Assambleyanın 4 əməkdaşı xəsarət alıb".

Deputat Luisa Lippanın fikrinə görə, hücumçular Milli qvardiya və Maduro tərəfindən mühafizə edilir.
 
İcmal.Az

RƏYLƏR