Vergi ödəmədiyinə görə Ronaldu həbs edilə bilər

OXUNUB: 1015 İDMAN
"Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu həbs edilə bilər.

Ronaldu vergi ödəmədiyinə görə həbs edilməsi barədə hökm çıxarıla bilər. Bu barədə "Cadena SER" radio stansiyası məlumat verib.

Hücumçu 8 milyon avro cərimə və 4 aylıq həbsə məhkum edilə bilər. Vergi müfəttişlərinin fikrinə görə Ronaldu 2011-2014-cü illər ərzində 8 milyon avro vergi ödəməyib. Buna dair sübutlar da var.

Bildirilir ki, Ronaldu əldə etdiyi gəlirin bir hissəsini Virciniya adalarındakı oşfor şirkətlər vasitəsilə köçürüb./olke.az
 
İcmal.Az

RƏYLƏR