WannaCry virusunun yaradıcıları öz qurbanlarından indiyə kimi 42 min dollar toplayıblar.
Şantajçıların pul tələb etdikləri 3 hesaba müşahidə quraşdırıldığı üçün həmin hesabdan vəsaiti hələ ki, çəkməyiblər.
Xatırladaq ki, WannaCry virusu mayın 12-dən bəri bütün dünyada yayılmağa başlayıb. Nəticədə 10 minlərlə kompüter bloklanıb. Fayllar, arxivə giriş imkanının bərpası üçün hakerlər qurbanlarından 200-dən 600 dollara qədər pul tələb edirlər.
Kibertəhlükəsizlik üzrə Milli Mərkəzin rəhbəri Kiaran Martin bildirib ki, hücumların arxasında mütəşəkkil cinayətkar qruplaşma dayanır. /qafqazinfo
İcmal.Az