Xaçmazda aptek və ev yanıb

OXUNUB: 845 HADİSƏ

Xaçmaz şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 36 m2 olan aptekin lambirdən ibarət tavanı yanıb.

 

 Aptekin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bu gücə Xaçmaz şəhərində daha bir yanğın olub.

 

Vətəndaşa məxsus, ümumi sahəsi 208 m2 olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə və evə bitişik ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​/apa

 

 

İcmal.Az

RƏYLƏR