Xaçmazda qaz balonu partladı: yaralananlar var

OXUNUB: 717 HADİSƏ

Xaçmaz rayonunda qaz balonu partlayıb.

Rayonun Yergüc kənd sakinləri - 1975-ci il təvəllüdlü Orucova Gülnarə Şahlar qızı və 1957-ci il təvəllüdlü Abdullayeva Şamama Məhəmməd qızı həyətyanı sahədə təndir çörəyi bişirərkən qaz balonunun partlaması nəticəsində xəsarət alıblar.

Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardımdan sonra onlar Bakıya göndərilib.
Fakt araşdırılır./apa

 İcmal.Az


RƏYLƏR