İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa Harran Araşdırma Xəstəxanasında uşağının temparuturu düşmədiyi üçün qəzəblənən ata Abdulkadir.K həkim Bəhəddin Əhməd Yalçının başına yerdəki piltə daş ilə zərbə endirib. Qan içində olan həkim dərhal əməliyyata qaldırılıb. Ata xəstəxana polisləri tərəfindən həbs edilib.
Hadisə şahidlərinin sözlərinə görə, ata növbətçi həkimdən uşağın tempuraturunun düşməməsinin səbəbini soruşub. Həkimin cavabı atanı qəzəbləndirdiyi üçün bu addımı atdığı bildirilir.
İcmal.Az