Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini tanıyır, tam şəkildə dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İraqın Kürdüstan regional vilayətində keçirilən referendumla bağlı bəyanatında deyilir.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə Oxu.Az-a məlumat verib: "Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma və dialoq şəraitində, İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”.
İcmal.Az