Xızıda DƏHŞƏT: Maşınını vuran sürücünü öldürdü

OXUNUB: 457 HADİSƏ

Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə, vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. /report

İcmal.Az

RƏYLƏR