"Yanğın o qədər güclüdür ki, hadisə yerinə yaxınlaşa bilmirik" - Baş həkim

OXUNUB: 842 HADİSƏ

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

İcmal.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov virtualaz.org-a onu da bildirib ki, hələlik təcili yardım briqadaları hadisə yerinə yaxınlaşa bilmir:

 

"Yanğın o qədər şiddətlidir ki, hərbi hissənin ərazisinə yaxınlaşmaq mümkün deyil. Bu səbəbdən hələlik yaralıların və ölənlərin olub-olmadığı haqda heç bir məlumat yoxdur. Gözləyirik", - deyə baş həkim bildirib.

 

İcmal.Az

RƏYLƏR