Yaponiyada şiddətli yağışlar — 300 min sakin təxliyyə ediləcək

OXUNUB: 1033 DÜNYA
Yaponiyanın Sidzuoka prefekturunun Xamamatsu şəhərinin 300 mindən çox sakini təcili təxliyyə edilməlidir.

Buna leysan yağışları səbəb olub. Güclü leysan yağışları çayların məcrasından çıxmasına səbəb olub.

Bundan başqa Sakit okean sahilindəki digər 3 vilayətin sakinlərinə də təxliyyə edilmək tövsiyyə edilib.

Yaponiyada hazırda yağışlar mövsümüdür. Bu səbəbdən ölkədə leysan yağışları müşahidə edilir. Bir sıra rayonlara sutka ərzində 400 mm yağıntı düşəcəyi proqnozlaşdırılır. Evləri çay kənarında və dağlıq ərazidə yerləşən sakinlər ciddi təhlükə altındadırlar. Çünki daşqınlar və torpaq sürüşməsi faciəyə səbəb ola bilər./olke.az
 
İcmal.Az

RƏYLƏR