"Yaşlı kişi ilə olan səhnədən sonra özümə gələ bilmirdim" - Aygün fahişə obrazından danışdı

OXUNUB: 779 ŞOU-BİZNES

Xalq artisti Aygün Kazımova "Sus" klipində canlandırdığı fahişə obrazından danışıb.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV Magazin onlarla"ya açıqlamasında klipində yaşlı kişi ilə səhnənin çəkilişinə görə çox pis olduğunu deyib: 

"Yaşlı kişi ilə olan səhnədən sonra özümə gələ bilmirdim. O rolda olmaq mənə çox pis təsir etmişdi. Burada söhbət Aygün Kazımovadan yox, bir obrazda cəmlənən minlərlə qadından gedir. Bilirəm ki, bu klipə baxanda çox xanımlar bir şeylər hiss edəcək, susacaq. Bu, yeganə peşədir ki, xoşbəxtlikdən seçilmir. Həmin səhnədən sonra çox ağladım, gözümün yaşı qurudu. Elə bir mövzudur ki, buna baxandan sonra hər kəs gərək doğrudan da, sussun". 

 

İcmal.Az 

RƏYLƏR