Yol polisləri "07" sürən "avtoş"u döyə-döyə tutdu - VİDEO

OXUNUB: 904 DÜNYA
Yol polislərinin ən birinci "düşmənləri" sərxoş sürücülər və avtoxuliqanlardır. Çünki hər ikisi qəzalara və vətəndaşların həyatlarını itirməsinə səbəb olur. Avtoxuliqanlara qarşı cəza tədbirləri müxtəlifdir. Pul cəzası, hətta həbs də var. Lakin Moskvada yol polisləri "avtoşa" qarşı fərqli cəza tətbiq ediblər.

İcmal.Az avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda "07" sürücüsünü saxlamaq istəyən yol polisi avtomobili təpikləyir. Bir anlıq fürsətdən istifadə edən sürücü "aradan çıxmağa" çalışsa da polislər onu yenidən yaxalayırlar.

Bu dəfə isə  onun avtomobilinin şüşələri sındırılır, özü isə düşürdülərək döyülür. Kadrlardan görünür ki, sürücü rus deyil. Daha çox qafqazlıya bənzəyir. Rus polisinin isə digər millətlərə qarşı hansı mövqedən çıxış etdiyi məlumdur.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Yol polisləri

RƏYLƏR