YPG-dən GÖZLƏNİLMƏZ ADDIM: ABŞ əsgərinə hücum edib, hərbi BAZANI QARIŞDIRDI

OXUNUB: 722 DÜNYA

ABŞ-ın Dəniz Piyadalarının çavuşu Suriyada yaralı ərəb vətəndaşlarına yardım edərkən PKK/YPG terror təşkilatının hücumuna məruz qalıb.

İcmal.Az xəbər verir ki, hadisə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən gizlədilib.

Hadisə barədə Amerikanın "Vəzifə və məqsəd” adlı portalı şəxsi qaynaqlarına istinadən xəbər yayıb. Məlumata görə, hücum ABŞ-ın Deyr-əz-Zor şəhərinin yaxınlığında yerləşən hərbi bazasında baş verib.

Çavuş Kameron Halokoviç silahlı YPG/PKK terrorçularının etirazlarına rəğmən hərbi bazanın qapısına qədər gələn yük maşınının içindəki yaralılara yardım edib və bunun nəticəsində terrorçular tərəfindən ayağından vurulub. Yanındakı köməkçisi Keyn Douneyin isə M-4 tipli piyada tüfəngi ilə öldürüldüyü iddia edilib.

ABŞ-ın əməliyyat keçirdiyi bölgələrdə ölüm və yaralanma ilə nəticələnən hər növ hücum və qəza Pentaqon tərəfindən elan edilir. Lakin bu hadisənin gizlədilməsi diqqət çəkib. Pentaqonda mətbuat konfransı təşkil edən ABŞ Mərkəzi Qüvvələrin komandiri Jozef Votel jurnalistlərin hadisə ilə bağlı suallarına "Xəbəri gördüm. Bu mövzuda danışmadan öncə komandamla müzakirə etməliyəm”, - şəklində cavab verib.

İcmal.Az

RƏYLƏR