Zabit Səmədov idman klubu açır

OXUNUB: 1132 İDMAN

Ölkəmizin məşhur kikboksçusu, K-1 döyüşlərinin iştirakçısı Zabit Səmədov Azərbaycanda yeni idman klubu açır.

Səmədovun sözlərinə görə, klubun ünvanı və adı artıq məlumdur:

"İdman klubunun açılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən yer verilib. Hazırda orada təmir işləri gedir. Klubun açılışı ilə bağlı tədbir planlaşdırırıq. Aprel-may aylarında açılış edəcəyik. Mən də istəyirəm ki, bizim gənclər gəlib orada məşq etsin. Oradan dünya və Avropa çempionlarının çıxmasını, onların ölkəmizi irimiqyaslı turnirlərdə təmsil etməsini istəyirəm. Klubun məkanı Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Sarayıdır. Adı da "Zabit” İdman Klubu olacaq”.

Zabit Səmədov idman klubunda fəaliyyət göstərən idman növlərinin də adını açıqlayıb:

"Belə deyim ki, orada döyüş idman növləri olacaq. Muay tay, kikboksinq idman növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qaydasız döyüş növləri də ola bilər”./oxu

İcmal.Az

RƏYLƏR