Paşinyan mayın 9-da Azərbaycanın işğal edilmiş torpaqlarına səfəri zamanı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakının vacib olduğunu və buna çalışacaqlarını bəyan edib.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Paşinyanın Qarabağı tərəf kimi göstərmək istəyi danışıqlar formatını dəyişdirməkdir və bu əslində müharibənin önünü açmaqla nəticələnə bilər: "Azərbaycanın müdafiə nazirinin ordunun genişmiqyaslı döyüş əməliyyatlarına tam hazır olduğunu bəyan etməsi də Bakının danışıqlar formatını qəbul etməyəcəyi və istənilən an əməliyyata başlaya biləcəyindən xəbər verir. Belə demək mümkünsə, Paşinyan Bakıya müharibə hüququnu verir”.
Erməni şərhçi qeyd edir ki, Dağlıq Qarabağda müharibənin başlanmasına günlər, yaxud həftələr qalıb.
"Biz təlaşa düşməməliyik, lakin prosesləri də diqqətlə izləməliyik. Çünki əsas məsələ Ermənistandakı inqilabın Moskvanın yanaşmasını dəyişdirib-dəyişdirmədiyidir. Moskva soyuqqanlılıq göstərir, amma bu, yeni taktika da ola bilər və bu taktika həyəcan doğurur”, - deyə o bildirib.
İcmal.Az