Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

OXUNUB: 800 index-manşet İQTİSADİYYAT

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Unikal.org İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

 

Bildirilir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980418 manat vergi borcu var.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan "Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Qeyd edək ki, "Akkord Şirkətlər Qrupu” sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.    

 

7News.Az

RƏYLƏR